XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025



Federasiya nümayəndələri Gəncəyə səfər ediblər
İdman 09:53 / 06.06.2023

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma Gəncəyə səfər ediblər. Federasiyanın yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutan səfər zamanı qonaqlar Gəncə SOS Uşaq evində olublar. Onlar burada idmanla məşğul olmaq üçün yaradılmış şəraitlə maraqlanıb, voleybola həvəsi olan uşaqlarla söhbət ediblər. Həmçinin türk mütəxəssisin müəyyən etdiyi meyarlara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.

Sonda sığınacaqda yaşayan uşaqlara voleybol topları hədiyyə edilib.


18096 oxunub

InvestAZ