XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



Messi Mayamiyə hazırlaşır
İdman 11:41 / 02.06.2023

"İnter Mayami" PSJ-nin hücumçusu Lionel Messiyə müqavilə təklifi edib. Bu barədə Sport.es məlumat yayıb. Müqavilə illik 50 milyon dollar maaşla 4 mövsüm üçün nəzərdə tutulub. "İnter” Lioneli Mayamidə evi olduğuna görə razı salmağı gözləyir. Həmçinin, ABŞ klubu ispaniyalı yarımmüdafiəçi Serxio Busketsi də transfer etmək istəyir. "İnter”in təklifi Səudiyyə Ərəbistanından gələn təklif qədər olmasa da, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının burada rolu ola bilər.

Xatırladaq ki, Lionel Messi 2022/2023 mövsümündə Liqa 1-də 31 matçda 16 qol vurub və 16 qolun ötürməsini verib. O, 2021-ci ilin yayından PSJ-də oynayır və sözləşməsi bu yay başa çatır. Futbolçunu 2004-2021-ci illərdə formasını geyindiyi"Barselona” da geri qaytarmaq istəyir.


8617 oxunub

InvestAZ