XƏBƏR LENTİ
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Qarabağ qaziləri Qran-pri yarışında qüvvələrini sınayacaqlar
İdman 21:27 / 24.05.2023

Para-atletika üzrə millimizin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində təşkil olunacaq Qran-pri yarışında iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar. Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.

Qran-pri cari ilin iyulunda Fransanın paytaxtı Parisdəki dünya çempionatına lisenziya qazandırır.

Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.


8748 oxunub

InvestAZ