XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Stolüstü tennisçimiz Avropa birinciliyinə Çində hazırlaşır
İdman 18:27 / 24.05.2023

İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində start verilən hazırlıq prosesində iştirak edir. İyunun 11-dək keçiriləcək hazırlığın əsas məqsədi gələn ay Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır.

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan O.Quluzadə bu ilin martında Antalyada keçirilən dünya seriyalı "WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında üçüncü, apreldə Xorvatiyada təşkil olunan "Europe Youth Series” turnirinin komanda yarışında ikinci, şəxsi və qoşa yarışında isə üçüncü yeri tutub.


18586 oxunub

InvestAZ