XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Heydər Əliyevi Bakıya gətirən pilot: “Dispetçer əsəbi tərzdə geri qayıtmaq əmri verdi”
İdman 15:34 / 08.05.2023
"Heydər Əliyevin Naxçıvandan Bakıya gətirilməsi çox təhlükəli bir zamanda həyata keçirildi və bunun üçün əvvəlcədən plan hazırlamalı oldum”.

Bu sözləri "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov deyib.

O bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təmin etmək lazım idi:

"Bunun üçün xüsusi təyyarə hazırlandı və mən kapitan kimi təyyarəni idarə edərək Bakıdan Naxçıvana yola düşdüm. Naxçıvan hava limanında çoxlu sayda silahlı dəstələr var idi. Onlar AXC üzvləri idilər və Heydər Əliyevin Bakıya qayıtmasının qarşısını almaq barədə təlimatlandırılmışdılar. Lakin mənim idarə etdiyim təyyarənin hava limanına nə üçün gəldiyini bilmirdilər. Silahlı şəxslər çox sorğu-sual edərək nə üçün Naxçıvana gəldiyimi soruşdular. Məsələnin mahiyyətindən xəbərdar olduğum üçün onlara heç bir məlumat vermədim.

Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Buna görə də əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və bu icazəyə əsasən, təyyarəni bu ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü”.

İlham Əmirov vurğulayıb ki, təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılanıb və ona əsəbi tərzdə geri qayıtmaq əmri verilib:

"Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.


7202 oxunub

InvestAZ