XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tomas Koneçko: “Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir”
İdman 11:56 / 06.05.2023

Turnirin yüksək səviyyədə təşkil olunması onu deməyə əsas verir ki, Suqovuşan və Mingəçevir gələcəkdə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edə bilər. Bu ideyanın həyata keçməsi üçün Azərbaycanın mümkün namizədliyini dəstəkləyəcəyəm"

Bu sözləri jurnalistlərə Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko "Prezident Kuboku-2023" beynəlxalq reqatası barədə danışarkən deyib.

T.Koneçko Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına yarışın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkürünmü bildirib. "Düşünürəm ki, bu, ölkəniz üçün vacib olan yubileyi qeyd etmək baxımından çox yaxşı yoldur. Belə bir yarışın keçirilməsi həm Azərbaycan, həm də burada iştirak edən ölkələrin bu idman növünü təşviq etməsi üçün də önəmlidir. Suqovuşan xüsusi yerdir, çünki öz tarixi var. Azərbaycanın qısa zamanda bu bölgəni necə inkişaf etdirməsinin və su hövzəsində yarışlar üçün şərait yaratmasının şahidi oldum. Suqovuşandakı şərait beynəlxalq standartlara cavab verir. Gələcəkdə orada Dünya Kuboku kimi nüfuzlu yarışlar keçirilə bilər", - deyə Tomas Koneçko.bildirib.



8050 oxunub

InvestAZ