XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Prezident Kuboku-2023”: beynəlxalq reqatada sonuncu yarış gününə start verildi
İdman 10:06 / 06.05.2023

Mayın 6-d Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasının üçüncü yarış gününə start verilib.

Sonuncu gündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 200 metr, həmçinin, akademik avarçəkmə üzrə 1000, 1500 və 2000 metr məsafəyə final yürüşləri təşkil olunacaq.

Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günü Suqovuşan su anbarında, ikinci günü isə Mingəçevirdə təşkil olunub. Hazırda komandamızın aktivində ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medal var.


8500 oxunub

InvestAZ