XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü
İdman 12:49 / 05.05.2023
"Napoli"nin İtaliya çempionluğunu rəsmiləşdirməsindən sonra gecə saatlarında Neapol şəhərində atışma baş verib.
İnsident komandanın on minlərlə azarkeşin iştirak etdiyi bayram zamanı olub. Yaralılardan biri - 26 yaşlı kişi təcili olaraq Neapoldakı Kardarelli xəstəxanasına çatdırılıb. Lakin o, xəstəxanada dünyasını dəyişib.
Mərhumun yaxınları onun ölümündən xəbər tutaraq klinikanın şöbəsinə hücum ediblər, xəstəxanaya ciddi ziyan vurublar. Polis vəziyyətə müdaxilə etməli olub. Hazırda İtaliya polisi atışma ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, "Napoli" 33 ildən sonra ilk dəfə İtaliya çempionu olmağı bacarıb.

15590 oxunub

InvestAZ