XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"AAAF Xırdalan" liderliyə yeksəldi
İdman 09:08 / 30.03.2023

Azərbaycan Basketbol Liqasında XXIII tura start verilib. Turun açılış oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində keçirilən matçda Xırdalan təmsilçisi 84:69 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (20 xal, 12 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (28 xal, 5 ribaund) olub.

Bu qələbə ilə xallarını 39-a çatdıran "AAAF Xırdalan" liderliyə yüksəlib. Eyni xala malik "Sabah" isə ikinci pilləyə geriləyib.

Qeyd edək ki, turun NTD - "Olimpik Şəki", "Neftçi İK - "Sərhədçi PİK", "Gəncə" - "Zirvə Astara" oyunları 1-2 apreldə keçiriləcək.


7773 oxunub

InvestAZ