XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



“Böyük dəbilqə” turniri üçün heyət açıqlandı
İdman 10:34 / 16.03.2023

Martın 24-26-da Tbilisidə cüdo üzrə "Böyük dəbilqə” turniri keçiriləcək. Turnirdə ölkəmizi 13 cüdoçu təmsil edəcək. Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar. Turnirdə 61 ölkədən cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.


19685 oxunub

InvestAZ