XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Taekvondoçumuz Prezident kubokunun qalibi olub
İdman 10:42 / 06.02.2023
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub. 58 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, İstanbulda Azərbaycan himnini səsləndirib.
1/16 final mərhələsindən mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, ardınca bolqarıstanlı Xristo Boqdanova qalib gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib.
Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərərində inamlı qələbə qazanan millimizin üzvü çempion tituluna yiyələnib.
Qeyd edək ki, yığmamız ardınca Türkiyə açıq çempionatında iştirak edəcək


12560 oxunub

InvestAZ