XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız Batumidə fərqləndilər
İdman 18:57 / 18.09.2023

Gürcüstanda taekvondo üzrə Batumi açıq turniri keçirilib. Yarışda iştirak edən taekvondoçularımız 12 medala sahib çıxıblar. Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüdə yer alıb.

Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub.

"Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.

"Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.

Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər, "Azəri" TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə qayıdırlar.



23387 oxunub

InvestAZ