XƏBƏR LENTİ
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Cüdoçularımız Almaniyada hazırlıq keçiblər
İdman 18:02 / 30.03.2023

Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər. Hazırlıq prosesinə 21 ölkədən 600-dən çox üdoçu idmançı qatılıb. Hazırlıq prosesində yığma komandamızın 17 üzvü iştirak edib. Cüdoçular gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında hazırlıq səviyyələrini artırmağa çalışıblar. Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.


22513 oxunub

InvestAZ