XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəni dayandırdılar
İdman 16:38 / 15.03.2023

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələ bilməyib. 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-dakı Elnura Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-dakı Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

82 kq-da mübarizə aparan Yunan-Roma güləşçisi İsmayıl Rzayev isə təsəlliverici görüşdə polşalı Adam Qardziolaya məğlub olub.

Bu gün həmçinin yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir Əliyev finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (Ukrayna), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.


21006 oxunub

InvestAZ