SON XƏBƏRLƏR
-
11.09.2026, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
11.09.2026, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
11.09.2026, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 13:50
İdmanKata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
-
09.09.2026, 01:11
İdmanÇempionlar Liqası: Liqa mərhələsinə start verildi
-
08.09.2026, 12:31
İdmanVelosipedçimiz Almatıda dördüncü oldu
-
08.09.2026, 12:23
İdmanAzərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
-
08.09.2026, 11:49
İdmanFormula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
08.09.2026, 10:50
İdmanTürkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
08.09.2026, 10:12
İdmanÇempionlar Liqasında Liqa mərhələsinə start verilir
-
07.09.2026, 20:14
İdmanBadmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
-
07.09.2026, 16:06
İdmanPəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
-
07.09.2026, 15:55
İdmanÜzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
-
07.09.2026, 15:43
İdmanFərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
-
07.09.2026, 15:30
İdmanNicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
-
07.09.2026, 15:05
İdmanCüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
-
07.09.2026, 14:56
İdmanAvropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
-
07.09.2026, 14:43
İdmanMillimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
-
07.09.2026, 14:22
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
07.09.2026, 13:18
İdmanKamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
-
07.09.2026, 12:30
İdmanCüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
-
07.09.2026, 12:02
İdmanAzərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
-
07.09.2026, 10:04
İdmanFiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
-
07.09.2026, 01:19
İdmanAzərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
07.09.2026, 00:07
İdmanİsveçrədə uğurlu nəticə
-
06.09.2026, 12:17
İdmanPaytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
-
03.09.2026, 20:31
İdmanDünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
-
03.09.2026, 14:59
MOK"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
İdman
03.09.2026, 12:23
Azərbaycan idmanının və radio jurnalistikasının tanınmış simalarından biri, Azərbaycanın Əməkdar artisti, SSRİ idman ustası Züleyxa Hacıyeva vəfat edib.
Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan idmanının, radio və televiziya məkanının inkişafında özünəməxsus iz qoymuş, uzun və mənalı ömür yolu keçmiş Züleyxa Hacıyeva sentyabrın 2-də, ömrünün 103-cü ilində dünyasını dəyişib.
Züleyxa Hacıbaba qızı Hacıyeva 23 avqust 1923-cü ildə anadan olub. Gənc yaşlarından gimnastika ilə məşğul olan Züleyxa Hacıyeva SSRİ idman ustası adına layiq görülüb. Azərbaycanın ilk qadın idman ustası 1941-1948-ci illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu adını qazanıb. Züleyxa Hacıyeva sonradan “XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançısı” sırasında yer alıb.
1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Züleyxa Hacıyeva əmək fəaliyyətini də ictimai və idman sahələri ilə sıx bağlayıb. 1952–1955-ci illərdə Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini vəzifəsində çalışıb.
Lakin Züleyxa Hacıyevanı Azərbaycan ictimaiyyətinə daha geniş tanıdan və sevdirən sahələrdən biri də radio olub. O, 1942-ci ildən 1992-ci ilədək – düz yarım əsr ərzində Azərbaycan radiosunun diktoru kimi fəaliyyət göstərib. Özünəməxsus səsi, peşəkarlığı, nitq mədəniyyəti və efir davranışı ilə dinləyicilərin rəğbətini qazanan Züleyxa Hacıyeva Azərbaycan radio məktəbinin formalaşmasında mühüm xidmətlər göstərib.
O, uzun illər ərzində radio efirində müxtəlif verilişlərin aparıcısı olub. “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər proqramlar onun məlahətli səsi və peşəkar təqdimatı ilə yaddaşlarda qalıb.
Züleyxa Hacıyevanın xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1979-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Züleyxa Hacıyevanın əziz xatirəsi onu tanıyanların, onun səsini eşidərək böyüyən dinləyicilərin və Azərbaycan idmanının tarixini yaşadan insanların yaddaşında daim yaşayacaq.
Allah rəhmət eləsin!