SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular

 Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular

İdman

Bugün, 00:55

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.

Yarışda iştirak edən Azərbaycan cüdoçuları turniri 2 qızıl, 5 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurublar. 

Təmsilçilərimizdən Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb. Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq), Nilgün Rzayeva (-63 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, turniri 7 medalla başa vuran millimiz 33 ölkənin iştirak etdiyi Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Dİgər xəbərlər