SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Zirə" və "Neftçi" Konfrans Liqasında cavab oyununa çıxacaq

\"Zirə\" və \"Neftçi\" Konfrans Liqasında cavab oyununa çıxacaq 

İdman

Bugün, 10:34

Bu gün futbol üzrə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan təmsilçiləri "Zirə" və "Neftçi" komandaları da cavab oyununa çıxacaq.

"Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq. Komandalar arasında Estoniyada keçirilən ilk matçda meydan sahibləri minimal hesablı qələbə qazanıb -1:0.

Digər Azərbaycan klubu "Neftçi" isə Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. 

Dİgər xəbərlər