SON XƏBƏRLƏR
-
07.08.2026, 14:40
İdmanQızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
07.08.2026, 13:38
İdmanCüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
-
07.08.2026, 13:18
İdman"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
-
07.08.2026, 12:51
İdmanLui van Qal xərçəngə qalib gəldi
-
07.08.2026, 12:24
İdmanBədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
07.08.2026, 11:13
İdmanAzərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
-
07.08.2026, 10:40
İdman"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
-
07.08.2026, 10:28
GündəmPaytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
-
06.08.2026, 23:14
İdman"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
-
06.08.2026, 15:42
İdman"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
-
06.08.2026, 15:25
İdman"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
-
06.08.2026, 12:57
MOK"More Than Medals World" layihəsinə start verilib
-
06.08.2026, 12:48
İdmanOlimpiya çempionunun atası vəfat edib
-
06.08.2026, 12:27
İdman"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
-
06.08.2026, 10:18
İdmanCüdoçularımız dünya çempionatında iştirak edəcəklər
-
05.08.2026, 23:29
İdman"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
-
05.08.2026, 22:26
GündəmFIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
-
04.08.2026, 15:17
İdmanQusarda güləşin dostluq körpüsü
-
03.08.2026, 22:10
İdmanÇimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
-
03.08.2026, 20:03
İdmanOlimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
-
03.08.2026, 18:45
İdmanYardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
03.08.2026, 17:27
İdmanQadın velosipedçimiz Çində qələbə qazanıb
-
03.08.2026, 17:06
İdman"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 17:02
İdmanKonfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
-
03.08.2026, 16:48
İdmanFərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
-
03.08.2026, 16:46
İdmanQusarda Respublika Şahmat Olimpiadasına start verilib
-
03.08.2026, 14:56
İdmanCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
03.08.2026, 14:35
İdman"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 13:40
İdmanYeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
-
02.08.2026, 23:49
MOK"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq
-
02.08.2026, 19:09
GündəmDünya çempionatı: Güləşçimiz gümüş medal qazandı
-
02.08.2026, 17:28
İdmanRonaldo və Corcina evlənməyə hazırlaşır
-
02.08.2026, 17:02
İdmanHəvəskar velosipedçilər arasında Federasiya Kuboku keçirilib
-
02.08.2026, 16:58
İdmanU-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
İdman
27.07.2026, 18:09
İyulun 27-də Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi olub.
Olimpiyadunyasi.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, eləcə də Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət idman siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi aparıcı ölkələrdən birinə çevrilib. O qeyd edib ki, dövlətin göstərdiyi diqqət və qayğı sayəsində ölkədə müasir idman infrastrukturu yaradılıb, güləş də daxil olmaqla müxtəlif idman növlərinin inkişafı üçün əlverişli şərait formalaşıb.
Federasiya prezidenti, həmçinin U-17 dünya çempionatının Bakıda təşkilinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, eləcə də yarışın hazırlanmasında əməyi olan bütün qurum və şəxslərə təşəkkürünü ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında dünya çempionatını əsl idman bayramı kimi dəyərləndirib. Nazir vurğulayıb ki, Bakı beynəlxalq idman tədbirlərinin uğurla təşkil olunduğu şəhərlərdən biridir və artıq dünyanın nüfuzlu idman mərkəzləri sırasında yer alır. O əlavə edib ki, Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenada mühüm uğurlar qazanırlar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə U-17 dünya çempionatının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, belə mötəbər yarışlar gənc idmançıların beynəlxalq təcrübə toplaması, gələcəyin dünya və Olimpiya çempionlarının yetişməsi baxımından mühüm rol oynayır. MOK rəsmisi çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç çıxış edərək yarış iştirakçılarını salamlayıb və gənc güləşçilərə uğurlar arzulayıb. O, bu idmançıların gələcəkdə Olimpiya Oyunlarında ölkələrini uğurla təmsil edəcəklərinə inandığını bildirib. Nenad Laloviç çempionatın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, həmçinin UWW adından Milli Olimpiya Komitəsinə və Prezident İlham Əliyevə güləşin inkişafına göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb.
Rəsmi hissədən sonra açılış mərasimi rəngarəng bədii proqramla davam edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycan komandası turnirdə 29 idmançı ilə təmsil olunur.