SON XƏBƏRLƏR
-
25.09.2026, 14:54
İdmanAzərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
-
25.09.2026, 14:18
İdmanFərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
-
25.09.2026, 11:54
İdmanMəşqçilər üçün seminara yekun vurulub
-
25.09.2026, 11:39
İdmanŞahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
25.09.2026, 11:14
İdmanYaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
-
25.09.2026, 10:54
İdmanÇempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
-
25.09.2026, 10:46
İdman"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
25.09.2026, 10:39
İdmanSumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
-
25.09.2026, 10:18
MOKAzərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
-
25.09.2026, 10:01
İdmanFormula 2: Sprint yarışında zəncirvari qəza
-
25.09.2026, 09:56
İdmanFormula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
-
25.09.2026, 09:46
İdmanFormula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
-
25.09.2026, 08:02
İdmanBakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
-
24.09.2026, 22:36
İdmanAzərbaycan boksçusu Avropa çempionu olub
-
24.09.2026, 19:29
İdmanTürkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
24.09.2026, 17:48
İdmanÇimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
24.09.2026, 15:08
İdmanBoks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
-
24.09.2026, 14:45
İdmanDeflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
-
24.09.2026, 14:34
İdmanParacüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
-
24.09.2026, 14:01
İdmanAzərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
-
24.09.2026, 13:34
İdmanBakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
-
24.09.2026, 13:11
İdmanAzərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
-
24.09.2026, 10:04
İdmanAzər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
-
24.09.2026, 08:41
GündəmBu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
-
23.09.2026, 15:42
İdmanXüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
-
23.09.2026, 15:27
İdmanFutbola həsr olunan ömür
-
23.09.2026, 13:35
İdmanAzərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
-
23.09.2026, 11:34
İdman"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
-
23.09.2026, 11:08
İdmanŞahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
-
23.09.2026, 10:51
İdmanMillimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
-
23.09.2026, 10:33
İdmanDaha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
-
23.09.2026, 10:10
Gündəm"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
22.09.2026, 22:07
İdmanCüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22.09.2026, 21:46
İdmanVeteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı yekunlaşıb, qaliblər müəyyənləşib
Mədəniyyət
08.05.2026, 13:40
31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatının qalibləri bəlli olub.
olimpiyadunyasi.com xəbər verir ki, "Report" xəbər verir ki, çempionatın yekun nəticələrinə əsasən, "Ən yaxşı gənclər komandası" nominasiyası üzrə Serbiya təmsilçiləri birinci yerə layiq görülüblər. "Chefleen" komandası ikinci, "CÀSÀ" komandası isə üçüncü yeri tutub.
"Ən yaxşı peşəkar komanda" nominasiyasında "Hyatt Hotel" komandası birinci olub. "Chefleen" ikinci, "Novikov Group" isə üçüncü yerlə mükafatlandırılıb.
Fərdi kateqoriyalar üzrə "Gənclər arasında ən yaxşı ət yeməyi" nominasiyasında İbrahim Rəhimov, "Gənclər arasında ən yaxşı quş əti yeməyi" nominasiyasında Nail Bayramov və Rəhim Mustafayev, "Gənclər arasında ən yaxşı dəniz məhsulları yeməyi" nominasiyasında isə İnarə Səmədova fərqləniblər.
"Ən yaxşı milli komanda" nominasiyası üzrə Azərbaycan komandası birinci yerə layiq görülüb. Xorvatiya ikinci, "Kazakhstan Chefs Hub" komandası isə üçüncü yeri tutub.
Çempionatın əsas mükafatı olan "İlin qızıl aşpazı" adına Belarus təmsilçisi Voyçanka Katsiarina layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan çempionatda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Ukrayna, Serbiya, Rusiya, Belarus, Xorvatiya və Rumıniyadan komandalar iştirak edib.
Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxil edilib, innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilib.
6-cı "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlar olublar.
Xatırladaq ki, 2019-cu ildən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar fərdi, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. "Qızıl Şah" Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən "Wordlchefs" ilə birgə təşkil edilən "Gold Shah" kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. "Wordlchefs" tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi "Qızıl Şah" Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.
"Qızıl Şah" çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.