SON XƏBƏRLƏR
-
Bugün, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
Bugün, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
Bugün, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
Bugün, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
-
Bugün, 12:59
İdmanParakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
-
Bugün, 12:49
İdmanDaha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
-
Bugün, 12:26
İdmanDünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
-
Bugün, 12:02
İdmanBeşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
-
Bugün, 11:46
İdmanDünya çempionatı: Cüdoçumuzdan uğurlu start
-
Bugün, 11:03
İdmanAzərbaycan Kubokunda yeni mövsüm başlayır
-
Bugün, 10:49
İdmanMessi millidəki karyerasını başa vurdu
-
Bugün, 10:35
İdmanAvropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
-
Bugün, 10:01
İdmanBu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
-
06.10.2026, 21:21
İdmanRəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
-
06.10.2026, 18:50
İdmanCüdoçumuz dünya çempionatında bürünc medal qazandı
-
06.10.2026, 14:46
İdmanDünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
-
06.10.2026, 11:16
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
06.10.2026, 10:44
İdman"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
-
06.10.2026, 10:42
İdmanBakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
06.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
05.10.2026, 18:50
GündəmPrezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
-
05.10.2026, 15:34
İdmanMOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
-
05.10.2026, 14:46
İdmanBakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
-
05.10.2026, 14:27
İdmanDünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
-
05.10.2026, 13:57
İdmanDünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
-
05.10.2026, 13:27
MOKBrisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
-
05.10.2026, 13:14
İdmanDünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
-
05.10.2026, 13:07
İdmanKarateçimiz Avstriyada qızıl medal qazandı
-
05.10.2026, 12:20
İdmanDünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
-
05.10.2026, 12:10
İdman"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
05.10.2026, 11:54
İdmanDaha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
-
05.10.2026, 10:46
İdmanAZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
-
05.10.2026, 10:34
GündəmIII Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
05.10.2026, 10:06
İdmanBeynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
Qılıncoynadanımız Avropa çempionatında medalsız qaldı
İdman
22.02.2023, 09:34
Estoniyanın paytaxtı Tallin şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Sablya üzrə yeniyetmə qızların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Valentina Zeynalova təmsil ediblər. İki il əvvəl Misirin paytaxtı Qahirədə keçirilən yeniyetmə və gənclərin dünya çempionatında yeniyetmə qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanan Zərifə Hüseynova bu dəfə Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, yarımfinalın bir addımlığında məğlub olub.
Qrup mərhələsində 4 qələbəsi olan Z.Hüseynova pley-offda keçirdiyi ilk görüşdə estoniyalı Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib. Ardınca isveçli Emma Ohmanı (15:8), rumıniyalı Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran Z.Hüseynova ən güclü 8-liyə vəsiqə qazanıb. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə təmsilçimiz rumıniyalı rəqibi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn idmançımız növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benciuya (10:15) uduzub. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola (13:15) məğlub olub. Valentina Zeynalova isə pley-offa yüksələ bilməyib.
Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə təmsilçimiz Mirxətai Məmmədov çıxışını qrup mərhələsində (2 qələbə) başa vurub.