XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Rafael Ağayev bu dəfə bürünc medal qazandı
İdman 11:21 / 22.04.2019


Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) "Karate 1" seriyasından Premyer Liqa turniri başa çatıb. Karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.
Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
"Karate 1" seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.


27564 oxunub

InvestAZ