XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Milli Abilimpiya Federasiyasının iclası keçirilib
İdman 10:04 / 22.09.2021
Azərbaycan Milli Abilimpiya Federasiyasının (AMAF) iclası keçirilib. İclasda federasiyanın prezidenti İlqar Rəhimov ölkəmizdə Abilimpiya hərəkatının təbliğinin, abilimpiyaçıların cəmiyyətdə tanıdılmasının vacib olduğunu qeyd edib, bu baxımdan müxtəlif sərgi və tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
AMAF-ın prezidenti qeyd edib ki, federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edir.
Vurğulanıb ki, ölkəmizdə əlilliyi olan şəxslər Abilimpiya hərəkatı vasitəsilə peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özənüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda, özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görülür”.
Eyni zamanda, İ.Rəhimov Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb olunması ilə bağlı işlərin aparılması üçün müvafiq tapşırıqlar verib.
İ.Rəhimov bildirib ki, 2022-ci ildə Moskvada keçiriləcək X beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahəsində öz bacarıqlarını göstərəcəklər.

17168 oxunub

InvestAZ