XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



«İnter»in köynəyində “Pirelli” yazılmayacaq
İdman 17:50 / 03.03.2021
"İnter” 26 ildir sponsoru olan "Pirelli” şirkəti ilə işbirliyinə son qoymağa qərar verib. Şirkətin loqosu növbəti mövsümdən Milan təmsilçisinin formalarında yer almayacaq.
Bunu "Prielli”nin CEO-su Marko Tronchetti Provera İtaliya mətbuatına açıqlamasında söyləyib. O, titul sponsorluğuna son qoyulduğunu bildirsə də, klubla münasibətlərinin davam edəcəyini də bəyan edib. Bu isə o deməkdir ki, "İnter” 2021/22 mövsümündən etibarən fərqli titul sponsporu ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Pirelli” öz məhsulları ilə bütün dünyada məşhur olan avtomobil təkərlərinin istehsalı ilə məşğuldur. Sözügedən şirkət 1995/96 mövsümündən etibarən "İnter”in titul sponsoru idi.
İtaliya mətbuatının yazdığına görə, geridə qalan 26 il ərzində "Pirelli” "İnter”ə bütövlükdə 234 milyon avro ödəyib.

18537 oxunub

InvestAZ