XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yunan futbolçudan İslam dünyasına ehtiram
İdman 14:19 / 19.03.2019

Yeni Zelandiya millisinin üzvü Kosta Barbaruses örnək addım ilə yadda qalıb.
Avstraliyanın "Melburn Viktori" klubunda çıxış edən yunan əsilli futbolçu "Brisbane" ilə oyunda vurduğu qoldan sonra səcdə edərək Yeni Zelandiyada məsciddə baş vermiş terror aktı zamanı həlak olan müsəlmanların xatirəsinə hörmətini nümayiş etdirib.
Xristian futbolçu "İnstagram" səhifəsindəki paylaşımında "Bütün dualarım terror aktında həyatını itirənlər və onların sevdikləri ilə birlikdədir. Bu tariximizdə ən üzücü gündür" yazıb. Görüşdən əvvəl terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, ötən həftə Yeni Zelandiyada iki məscidə silahla hücum edən terrorçu 50 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

19718 oxunub

InvestAZ