XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



NBA klublarının qiymətləri açıqlandı
İdman 17:38 / 19.01.2021
NBA-nın ən bahalı klubu "Nyu-York Niks” elan edilib. Bu barədə məlumatı Sportico verib. Klubun dəyəri 5,42 milyard dollardır.
NBA-nın top-5 bahalı klublarının siyahısına həmçinin "Qolden Steyt Uorriorz” (5,21 miyard dollar), "Los Naceles Leykers” (5,14), "Bruklin Nets” (3,40) və "Boston Seltiks” (3,18) daxildir.
Liqanın ən ucuz komandaları isə "Orlando Meycik” (1,53 milyard dollar), Şarlott Hornets” (1,51), "Minnesota Timbervulvz” (1,43), "Memfis Qrizzliz” (1,36) və "Nyu-Orlean Pelikans” (1,35) hesab olunur.
Qeyd edək ki, liqanın klublarının ortalama qiyməti 2,4 milyard dollar təşkil edir. Bu isə koronavirus pandemiyasından əvvəlki göstəricilərdən 2 faiz aşağıdır.

17296 oxunub

InvestAZ