“Sumqayıt” klubunun 4 futbolçusunda koronavirus aşkarlandı
İdman 16:09 / 01.12.2020
"Sumqayıt” klubunda koronavirusa yoluxmuş futbolçuların adları bəlli olub. Qapıçı Mehdi Cənnətovdan başqa, müdafiəçi Elvin Bədəlov, yarımmüdafiəçilər Vüqar Mustafayev və Kərəm Sultanovda xəstəliyin simptomları aşkarlanıb. Amma onların test nəticələri mənfi çıxıb. Buna baxmayaraq, sözügedən oyunçular "Qəbələ” ilə matç ərəfəsində komandanın düşərgəsindən kənarlaşdırılıblar.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt”ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxmuşdu.
16786 oxunub