XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmatçılarımızdan böyükhesablı qələbə
İdman 17:36 / 14.07.2020

Azərbaycan şahmatçıları Gürcüstan komandasını yoldaşlıq görüşündə böyük hesabla məğlubiyyətə uğradıblar.​​ Oyundan əvvəl "Zoom” platforması vasitəsilə texniki toplantı keçirilib. Toplantıda Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarşılaşmada Vüqar Manafov, Altay Eynullayev, Elmar Atakişiyev, Süleyman Süleymanlı, Fərid Orucov və Ayan Allahverdiyevanın yer aldığı yığmamız rəqib komandasına 197:55 hesabı ilə qalib gəlib.​​ Turnirdə 16 yaşlı şahmatçılar iştirak ediblər.


17454 oxunub

InvestAZ