XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"İstiqlal”da​​ yoluxma​​ halı​​ artdı
İdman 15:54 / 08.07.2020

İranın aparıcı klublarından olan "İstiqlal”ın 11 futbolçusunda koronavirus aşkarlanıb.

Sözügedən klubda bütövlükdə 12 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.
Onlardan 11-i futbolçu, biri isə tibb işçisidi. Bu məlumatı komanda üzvlərinin koronavirus testindən keçdiyi Tehrandakı xəstəxanadan da təsdiqləyiblər. "İstiqlal”da bütövlükdə 61 nəfərdən analiz götürülüb ki, bunun da 12-nin nəticəsi müsbət çıxıb. Virusun aşkarlandığı şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, "İstiqlal” yenidən bərpa olunan İran çempionatında 22 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


18670 oxunub

InvestAZ