XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda keçiriləcək oyunların vaxtı müəyyənləşib
İdman 16:13 / 18.06.2020
Futbol üzrə Avro-2020-nin təqvimi açıqlanıb. Pandemiyaya görə 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək. Turnirin "A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.
"Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

55090 oxunub

InvestAZ