XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Trek üzrə Federasiya Kuboku yarışı start götürüb
İdman 11:39 / 09.06.2020
İyunun 9-da Bakıda Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışına start verilib. Respublika Velotrekində təşkil edilən turnirdə iştirakçılar U-15, U-17 və gənclər kateqoriyaları üzrə yarışırlar. Günün birinci yarışında 15 yaşadək idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir həmin icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.

19011 oxunub

InvestAZ