XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Formula 1: qaynar xətt yaradıldı
İdman 12:36 / 27.05.2020

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 komandalarına kömək məqsədilə qaynar xəttin açıldığını elan edib.

Bu yolla qaydaları pozan pilotları və ya komandaları ifşa etmək mümkün olacaq.
Məlumat verən şəxslərin anonimliyi qorunacaq. Fasiləsiz fəaliyyət göstərəcək qaynar xətt vasitəsilə etik prinsiplərin pozulması, maliyyə pozuntusu, rüşvət və saxtakarlıq, idman yarışlarının nəticələrinin potensial manipulyasiyası, həmçinin dopinqlə bağlı şikayət etmək mümkündür.
Məxfilik prinsiplərinə baxmayaraq, ərizəçi şikayətinin etibarlılığına əmin olmalıdır. Müraciət yalan olarsa, məlumat verənə qarşı inzibati və hətta cinayət işi açıla bilər.


18020 oxunub

InvestAZ