XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempion qəzada həyatını itirdi
İdman 13:17 / 24.05.2020

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.

Faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.
Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.
Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.​ ​


18647 oxunub

InvestAZ