XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



La Liqanın başlaması üçün 3 variant
İdman 14:55 / 29.03.2020


İspaniyada 2019/20 mövsümünü bitirməkdə qətidirlər. Ölkənin nüfuzlu "Marca” nəşrinin yaydığı bildirilir ki, liqa rəhbərliyi və klublar üç variant üzərində düşünürlər.


Birinci variant

- Mövsüm mayın ortasında başlayır, iyulda isə başa çatır. Klublar həftədə üç oyun keçirməyə hazırdılar. Həmçinin matçların azarkeşsiz keçirilməsi təklifini qəbul edirlər.


İkinci variant

- La Liqa yayda bərpa olunur, sentyabrda isə başa çatdırılır.


Üçüncü variant

- Koronavirusun yayılması davam etsə, mövsüm sentyabrda bərpa olunacaq. Yeni mövsümün startı isə daha gec tarixə təyin ediləcək.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasının ən geniş yayıldığı ölkələrdəndir.


20981 oxunub

InvestAZ