XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmat üzrə seçmə yarışların qalibləri müəyyənləşib
İdman 15:11 / 09.01.2020

Naxçıvan Şahmat Mərkəzində 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışları başa çatıb.
Seçmə yarışların yekun nəticəsinə əsasən 8 yaşlı oğlanlar arasında İlham Mahmudov, 10 yaşlı oğlanlar arasında Ramal Həsənov, 12 yaşlı oğlanlar arasında Zaur Babayev, 14 yaşlı oğlanlar arasında Seyid Hüseyn, 16 yaşlı oğlanlar arasında isə Əli Əliyev qalib adını qazanıblar.
Ayla Zamanlı, Nigar Qənbərli, Almara İbrahimbəyli, Zərrin Məmmədova və Nəsrin Babayeva müvafiq olaraq 8, 10, 12, 14 və 16 yaşlı qızlar arasında hamıdan güclü olublar.
Qeyd edək ki, üç gün davam edən Naxçıvan Muxtar Respublika seçmə yarışlarında qalib gələn şahmatçılar muxtar respublikanı Azərbaycan zona birinciliyində təmsil edəcəklər.

21128 oxunub

InvestAZ