XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Tokioda yeniyetmə gimnastımız qızıl medal qazanıb
İdman 10:28 / 09.12.2019
 
Yaponiyanın paytaxtı Tokioda keçirilən Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında növbəti idmançımız qızıl medal qazanıb.
Bu dəfə batut üzrə fərdi proqramda 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Maqsud Maqsudov yarışların qızıl medalına sahib olub. Təsnifat mərhələsində bütün rəqiblərini üstələyən Bakı Gimnastika Məktəbinin yetirməsi, finalda da birinciliyi əldən verməyib. Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.
İdmançımızın şərəfinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün inşa edilmiş Ariake İdman Sarayında Azərbaycanın dövlət himni səslənib, bayrağımız dalağalanıb.

35732 oxunub

InvestAZ