XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qəzetin üz qabığı qalmaqala səbəb olub
İdman 14:13 / 06.12.2019
İtaliya A Seriyasının 15-ci turun oyunundan əvvəl dərc olunan "Corriere dello Sport” qəzeti üz qabığında irqçilik notları daşıyan rəsm əks olunub. Belə ki, qəzetin üz qabığında "Qara Cümə” başlığı altında "İnter” klubunun hücumçusu Romelu Lukakunun və
"Roma” komandasının müdafiəçisi Kris Smollinqin rəsmləri əks olunub. Bununla bağlı "Milan” klubunun mətbuat xidməti bəyanatla çıxış edib. "Hesab edirik ki, oyunçular, klublar, azarkeşlər və Kütləvi İnformasiya Vasitələri futbolda irqçiliyə qarşı mübarizədə birləşməlidirlər və istifadə etdiyimiz sözlərdə çox diqqətli olmalıyıq”, - deyə komandanın rəsmi saytında qeyd edilib. Qeyd edək ki, "Milan” və "Roma”, komandaları "Corriere dello Sport” qəzetinin nümayəndələrinin ilin sonuna qədər məşqlərində iştirak etməsini və futbolçularının həmin qəzet ilə hər hansı bir əlaqə qurmasını qadağan edib.


37674 oxunub

InvestAZ