Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Braziliya Futbol Konfederasiyasının (CBF) sabiq prezidenti Rikardo Teyşeyranı rüşvətxorluğa görə beynəlxalq və milli səviyyədə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük kənarlaşdırıb. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. FİFA-nın etika üzrə müstəqil komitəsinin hakimlər palatası 72 yaşlı Teyşeyranı qurumun etika kodeksini pozmaqda təqsirli bilib. Funksioner 2006-2012-ci illər dövründə CBF, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL), habelə Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) himayəsi ilə keçirilən turnirlərə televiziya və marketinq hüquqlarının satışına dair korrupsiya sxemi ilə bağlıdır.
Bundan əlavə, Teyşeyranın üzərinə 1 milyon İsveçrə frankı (909 min Avro) məbləğində cərimə qoyulub. Onun diskvalifikasiyası haqqında qərar noyabrın 29-da qüvvəyə minib.
Teyşeyra 1981-2012-ci illərdə CBF-ə başçılıq edib. Braziliyalı FİFA və CONMEBOL-un icraiyyə komitələrinə də daxil olub.
18413 oxunub