XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ürəklər “Sevilya”da, gözlər Luksenburqda
İdman 12:28 / 28.11.2019

Bu gün UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycanın "Qarabağ” klubu səfərdə İspaniyanın "Sevilya” komandasının qonağı olacaq. Sevilya şəhərindəkı "Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.
A qrupunun digər oyununda Lüksemburqun "Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.
Dörd turdan sonra aktivində 12 xal olan "Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və "Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. "Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.

21076 oxunub

InvestAZ