XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz alpaqut üzrə dünya çempionatının qalibi olub
İdman 20:02 / 24.11.2019

Bakıda "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub. Bu nüfuzlu yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.
Yarışda yüksək nəticə göstərmiş idmançılar təltif ediliblər. Qaliblərə mükafatı Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayeva təqdim edib.
Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında birinci, Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yeri tutmuşdular.


18408 oxunub

InvestAZ