XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Azərbaycanda yeni idman bölməsi açılıb
İdman 12:09 / 08.05.2024

Azərbaycanda yeni idman bölməsi fəaliyyətə başlayıb.

Belə ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında körlinq idman bölməsinin açılışı olub.

Tədbirdə kompleksin direktoru Fikrət Hüseynov, "Ocaq Sport" İdarə Heyətinin sədri Vəfa Bəkərova və Türkiyədən dəvət olunan mütəxəssis Ahmet Alperen Tunqa iştirak ediblər.

Vəfa Bəkərova bu idman növünün inkişafı əylərini əsirgəməyəcəyini bildirib: "Körlinq idman növünü klubumuzun nəzdinə yeni daxil etmişik. Artıq bununla bağlı məşqçi də dəvət olunub. Bu idman sahəsi Qış Olimpiya Oyunlarının proqramına da daxildir. Bütün idman həvəskarlarını bu idman növü ilə məşğul olmağa dəvət edirəm".


1117 oxunub

InvestAZ