XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Qadın boksçularımız Almatıda hazırlıq keçəcəklər
İdman 10:23 / 08.05.2024

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə. yığmamız Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Hazırlığa Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb olunublar. Bu gün start götürəcək məşqlər mayın 18-dək davam edəcək. Boksçularımızın hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.


1281 oxunub

InvestAZ