XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start verilib
İdman 12:43 / 19.04.2024

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Milli Gimnastika Arenasında təşkil edilən yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir.

Turnirdə gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparırlar.

Azərbaycanı yarışda fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə keçirilən 10-cu Dünya Kubokudur. Turnirə aprelin 21-də yekun vurulacaq.


688 oxunub

InvestAZ