XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Britaniya rəsmisi narahatlığını gizlətmir
İdman 15:33 / 19.04.2024
Britaniya Olimpiya Assosiasiyasının baş icraçı direktoru Endi Anson bildirib ki, Paris Olimpiadasında azarkeşlərin təhlükəsizliyi böyük narahatlıq doğurur. "Bizim bir nömrəli məqsədimiz bütün idmançılarımızın, ictimaiyyətimizin və azarkeşlərimizin təhlükəsizliyidir”, - deyə Anson vurğulayıb.
Anson onu da qeyd edib ki, adətən açılış mərasimi şəhərin əsas stadionunda keçirilir. Lakin bu dəfə bütün idmançılar 160 barjada (kiçik gəmi) Sena boyunca üzəcəklər. Bu, idmançıları müxtəlif təhlükəsizliyini daha həssas edir.
Qeyd edilir ki, Fransa prezidenti Emmanuel Makron özü də əvvəllər bildirib ki, lazım gələrsə, Oyunların açılış mərasimin qapalı yerdə keçirəcəklər.

988 oxunub

InvestAZ