XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi
İdman 02:06 / 18.04.2024

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinala mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Yarımfinala son vəsiqəni İspaniyanın "Real" klubu qazanıb. Karlo Ançelottinin komandası 1/4 finalda İngiltərənin "Mançester Siti" komandasını mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib. Oyunda hesabı "Kral klubu" açıb. Rodriqo 12-ci dəqiqədə İspaniya təmsilçisini hesabda önə çıxarıb. Pep Qvardiolanın komandası hesabı matçın 76-cı dəqiqəsidə bərabərləşdirməyə müvəffəq olub. Kevin de Brüne dəqiq zərbə ilə tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 1:1 (ilk oyun - 3:3) hesabı ilə başa çatdığına görə, matçda əlavə vaxt oynanılıb. Burada da tərəflərdən heç biri fərqlənə bilmədiyi üçün penaltilər seriasına ehtiyac yaranıb. Penaltiləri daha dəqiq yerinə yetirən "Real" komandası yarımfinala yüksəlib. Madrid təmsilçisinin yarımfinaldakı rəqibi Almaniyanın "Bavariya" klubu olacaq. 


868 oxunub

InvestAZ