XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stolüstü tennisçilərimiz beynəlxalq yarışda fəxri kürsüdə yer aldılar
İdman 11:04 / 17.04.2024

Stolüstü tennis üzrə 15 yaşadək yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən "Türk Dövlətləri” beynəlxalq turnirində iştirak ediblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında mübarizə aparıb. Komandamız turnirdə Qazaxıstan və Türkiyə millisindən sonra üçüncü yerə sahib çıxıb. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.



1293 oxunub

InvestAZ