XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yeni avtomobilin adını 5 gündən sonra dəyişdilər - Foto  - FOTO
İdman 17:10 / 16.04.2024

"Alfa Romeo” cəmi beş gün əvvəl təqdim edilən krossoverin adını dəyişmək məcburiyyətində qalıb. Belə ki, «Alfa Romeo Milano» kimi debüt edən avtomobil indi «Alfa Romeo Junior» adlanacaq.

«Alfa Romeo» bu qərarı İtaliyanın yerli hakimiyyətinin təzyiqi ilə verib. Fakt budur ki, İtaliyada ölkədən kənarda istehsal olunan, lakin bu ölkənin adı ilə bağlı olan məhsulların satışını qadağan edən qanunlar var. «Alfa Romeo» Polşada yeni avtomobil istehsal etməyi planlaşdırır və bu səbəbdən şirkət yeni ad seçməli olub. Şirkət ikinci dəfədir ki, «Milano» adından imtina etmək məcburiyyətində qalıb. Haqqında danışılan avtomobil əslində «Alfa Romeo Giulietta» bu adı daşımalı idi. Lakin son anda şirkət bu addan imtina edib. Səbəb Milandakı zavodun bağlanması olub.

Qeyd edək ki, «Alfa Romeo Junior» bu brendin ilk elektrik avtomobilidir. Avtomobil həm də «Jeep Avenger»in əsasını təşkil edən «STLA Small» platformasında qurulub. «Junior»un sürət məsafəsi 410 kilometr qiymətləndirilir. Avtomobil yerindən 100 km sürətlənməsi ən azı yeddi saniyə çəkir. Bildirlir ki, gələcəkdə hibrid «Junior» versiyasının istehsalı nəzərdə tutulub.


1606 oxunub

InvestAZ