XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək - FOTO
İdman 10:42 / 16.04.2024

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun günündə yarımfinala vəsiqə qazanacaq iki komandanın adına aydınlıq gələcək. Gecənin maraqla gözlənilən oyunlarından biri İspaniyada təşkil olunacaq. Kataloniya təmsilçisi "Olimpik Lyuis Kompanis” stadionunda Fransada 3:2 hesabı ilə qalib gəldiyi PSJ klubunu qəbul edəcək. Xavi Heranandesin komandası bu oyunda üstünlüyünü qoruyacağı təqdirdə adını yarımfinal mərhələsinə yazdıracaq.
Gecənin digər oyunu isə Almaniyada təşkil olunacaq. Bundestim təmsilçisi "Borussiya” (Dortmund) "Siqnal İduna Park” stadionunda İspaniyanın "Atletiko” klubunu qəbul edəcək. Bu komandalar arasında Madriddə keçirilən ilk oyun Dieqo Simeonenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məlumat üçün bildirək ki, bu mərhələnin digər iki oyunu aprelin 17-də təşkil olunacaq.


1129 oxunub

InvestAZ