XƏBƏR LENTİ
02 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gimnastika millimiz “Tallinn Open”də bürünc medal qazandı
İdman 10:57 / 07.04.2024

Estoniyada bədii gimnastika üzrə "Tallinn Open” beynəlxalq turniri keçirilir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən milli komandamız böyüklər və gənclər arasında bürünc medala sahib çıxıb. Komandamızın heyətində böyüklər - İlona Zeynalova, Alina Məmmədova və Mədinə Dəmirova, gənclər - Şəms Ağahüseynova, İlahə Bahadirova, Gövhər İbrahimova və Fidan Qurbanlı komanda hesabında üçüncü yeri tutub.


1336 oxunub

InvestAZ