XƏBƏR LENTİ
09 May 2024
08 May 2024
07 May 2024
06 May 2024



Beynəlxalq yarışda iki qızıl medal
İdman 16:33 / 05.04.2024

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatında iki qızıl medal qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançımız buna cavan atlar arasında keçirilən yarışda nail olub. O, turnirdə 3 atla iştirak edir.

Qeyd edək ki, "Maksima Masters" çempionatına aprelin 7-də yekun vurulacaq.


1356 oxunub

InvestAZ