XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çingiz Heseynzadə: "İnanıram ki, futbolumuz daha da inkişaf edəcək"
İdman 10:53 / 02.04.2024

"Bu gün Azərbaycan futbolunun ən önəmli günlərindən biridir".

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat-Seçki Konfransındakı çıxışı zamanı deyib.

O, Azərbaycan futbolunun inkişaf etdiyini bildirib:

"Bu, illik yox, son 16 ilin hesabatına bənzəyir. İldən-ilə futbolumuz inkişafdadır. Bu günə haradan gəlib çıxdığımızı unutmamalıyıq. Hazırda Azərbaycanda möhkəm infrastruktur var. Futbolda da artıq öz sözünü demiş ölkəyik. Son illərdə "Qarabağ" komandası ölkəmizi Avropada layiqincə təmsil etməyi bacardı. İnanıram ki, futbolumuz daha da inkişaf edəcək

Qeyd edək ki, Konfransda AFFA-nın yeni rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.


1579 oxunub

InvestAZ